...

Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb (FOTO)

Siyasət Materials 12 Fevral 2016 15:29 (UTC +04:00)
Fevral 11-də Polşanın paytaxtı Varşavada yeni diaspor təşkilatı təsis edilib.
Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb (FOTO)

Bakı. Trend:

Fevral 11-də Polşanın paytaxtı Varşavada yeni diaspor təşkilatı təsis edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Varşava Texnik Universitetinin konfrans zalında keçirilən tədbirdə Azərbaycanın Polşadakı səfirliyinin nümayəndələri və azərbaycanlı gənclər iştirak ediblər.

Yaradılma ideyası tədbir iştirakçıları tərəfindən irəli sürülən bu təşkilatın "Polşadakı Azərbaycanlı Gənclər Şurası" adı altında fəaliyyət göstərməsi qərara alınıb.

Sonra Şuraya sədr seçmək üçün səsvermə keçirilib və nəticədə əvvəllər də Polşada geniş diaspor fəaliyyəti ilə məşgul olan gənc azərbaycanlı tələbə Nail Əhməd sədr seçilib. Yaradılmış Gənclər Şurasının strukturu müəyyənləşdirilib, Rəsul Mammadov və Nəsib İbrahimov müavin seçilib.

Daha sonra tədbir iştirakçıları çıxış edib, fikir mübadiləsi aparıblar. Yeni yaranmış Gənclər Şurasının Diasporla İş Üzrə Dövlət Komitəsi ilə, eləcə də Azərbaycanın Polşadakı səfirliyi ilə sıx əməkdaşlıq edəcəyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti