...

"Hidrometeorologiya fəaliyyəti haqqında" Qanunun icrasının təmin edilməsində dəyişiklik edildi

Siyasət Materials 16 Fevral 2016 13:22 (UTC +04:00)
“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli fərmanında dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.
"Hidrometeorologiya fəaliyyəti haqqında" Qanunun icrasının təmin edilməsində dəyişiklik edildi

Bakı. Trend:

"Hidrometeorologiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli fərmanında dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram: "Hidrometeorologiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 86; 2001-ci il, № 12, maddə 755; 2002-ci il, № 8, maddə 487; 2003-cü il, № 10, maddələr 546, 585; 2007-ci il, № 2, maddə 87; 2008, № 9, maddə 798) 2-ci hissəsinin on ikinci abzasında "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi" sözləri "dövlət torpaq kadastrının aparılması hissəsində Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti