...

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar mövzusunda "dəyirmi masa" keçiriləcək

Siyasət Materials 23 Fevral 2016 16:46 (UTC +04:00)
"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı humanitar fəlakət beynəlxalq hüquq müstəvisində" mövzusunda "dəyirmi masa" keçiriləcək.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar mövzusunda "dəyirmi masa" keçiriləcək

Bakı-Trend:

Sabah saat 11:00-da Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı humanitar fəlakət beynəlxalq hüquq müstəvisində" mövzusunda "dəyirmi masa" keçiriləcək.

Trend-in məlumatına görə, "dəyirmi masa"da Dövlət Komissiyasının, beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və DTX-nin birgə İstintaq Qrupunun nümayəndələri, QHT təmsilçiləri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti