...

Mladen İvaniç: "Nizami Gəncəvi irsini yaymaq imkanı qazanmaqdan şərəf duyuram"

Siyasət Materials 29 Fevral 2016 19:14 (UTC +04:00)
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç IV Qlobal Bakı Forumu ilə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə məktub ünvanlayıb.
Mladen İvaniç: "Nizami Gəncəvi irsini yaymaq imkanı qazanmaqdan şərəf duyuram"

Bakı. Trend:

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç IV Qlobal Bakı Forumu ilə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə məktub ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, martın 10-11-i Bakıda Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək IV Qlobal Bakı Forumunda iştirakı planlaşdırılan M.İvaniç bu Forumun qlobal əhəmiyyətini diqqətə çatdırıb.

O bildirib: "Böyük problemlərin olduğu bir vaxtda bizi sülh, rifah və ədalət dünyasına bir addım daha yaxın edə biləcək fikir və ideyaların mübadiləsi liderlər üçün olduqca zəruridir. Bakı Forumu bu problemləri müzakirə etmək və ən vacibi isə müsbət təşəbbüslər irəli sürmək üçün böyük imkandır".

M.İvaniç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və qeyd edib ki, Mərkəzin həyata keçirəcəyi önəmli işlərə öz töhfəsini verməyə hazırdır. O, həmçinin Nizami Gəncəvi irsini təbliğ etmək imkanına sahib olmaqdan şərəf duyduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti