...

Nursultan Nazarbayev: Azərbaycan Qazaxıstan üçün Qafqaz regionunda strateji tərəfdaşdır

Siyasət Materials 15 Mart 2016 11:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Qazaxıstan üçün Qafqaz regionunda strateji tərəfdaşdır. Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov ilə görüşdə deyib.

N.Nazarbayev bildirib: "Biz energetika, logistika, kənd təsərrüfatı sahələrində aktiv əməkdaşlıq edirik".

Prezident Azərbaycana rəsmi səfərə gəlməyə hazırlaşdığını da qeyd edib.

N.Nazarbayev Azərbaycanın bu ölkədəki yeni səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti