...

90 saylı Ağdaş seçki dairə üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı maarifləndirməyə start verilib

Siyasət Materials 6 May 2016 12:02 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə 2016-cı il iyunun 18-nə təyin edilmiş Milli Məclisə təkrar seçkilərlə əlaqədar hazırlıq işlərini və maarifləndirmə tədbirlərini davam etdirir.
90 saylı Ağdaş seçki dairə üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı maarifləndirməyə start verilib

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə 2016-cı il iyunun 18-nə təyin edilmiş Milli Məclisə təkrar seçkilərlə əlaqədar hazırlıq işlərini və maarifləndirmə tədbirlərini davam etdirir.

MSK-nın Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə birgə 2016-cı il mayın 7-də "Seçki hüquqlarının müdafiəsi" mövzusunda seminar keçirəcək.

90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının inzibati binasında baş tutacaq tədbirdə dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin iştirakı nəzərdə tutulur.

Seminarda Mərkəzi Seçki Komissiyası və Ombudsman Aparatının nümayəndələri tərəfindən əsas insan hüquq və azadlıqlarının tərkib hissəsi olan seçki hüququnun pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında baxılmasına dair müxtəlif mövzularda çıxışlar ediləcək, təqdimatlar və müzakirələr aparılacaq, həmçinin iştirakçıları maraqlandıran suallara aydınlıq gətiriləcək.

Qeyd edək ki, seçki hüquqlarının müdafiəsinə həsr olunan tədbir Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində təşkil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti