...

Deputat: Metsamor region üçün real təhlükədir

Siyasət Materials 13 May 2016 18:45 (UTC +04:00)
Metsamor regionun altına qoyulmuş bir bombadır.
Deputat: Metsamor region üçün real təhlükədir

Bakı. Elçin Mehdiyev - Trend:

Metsamor regionun altına qoyulmuş bir bombadır. Bunu Trend-ə açıqlamasında millət vəkili Zahid Oruc bildirib.

Millət vəkili deyib ki, sovetlər birliyi dağılandan sonra Ermənistan bu stansiyanı silah kimi əlində saxlamağa çalışır: "İlk dövrlər Avropa Birliyi Metsamor stansiyasının bağlanması müqabilində Ermənistana öz enerji sistemini qurmaq üçün 100 milyon avroya yaxın vəsait vəd etmişdi. Real olaraq digər alternativ mənbələr hesabına həm elektrik, həm də istilik təchizatı ilə bağlı Ermənistana yardımlar vəd olunurdu. Bu vəsait Metsamor Atom Elektrik Stansiyası üçün çox yüksək məbləğ idi. Ermənistan bu stansiyanı satışa çıxarmaq istəmədiyini desə də, Köçəryan vasitəsilə sonradan həmin rəqəm 1 milyard avroya qədər qaldırılmışdı. Bu cari sövdələşmə predmeti kimi Ermənistan çalışırdı ki, Qərbin xüsusi zəmanətini qazansın ki, bu ölkə heç vaxt qaranlıqda qalmasın və hansısa kənar kommunikasiyalar hesabına özünün enerji ehtiyatlarını ödəsin".

Z.Oruc bildirib ki, Ermənistan sovet dövründən qalmış mirasa sahib durub və Metsamorun çirkli tullantılarının axıdılması hesabına su ehtiyatları zəhərlənib: "Bu günki reallıqda isə xüsusi radiaktiv maddələri özündə saxlayan reaktorların köhnə materiallardan olması ilə bağlı dəfələrlə Rusiyanın mütəxəssisləri həyəcan təbili çalıblar ki, hər an regionda bu cür radiaktiv şüalanmalar yayıla və ikinci Çernobıl faciəsi təkrarlana bilər".

Millət vəkili bildirib ki, hazırda Ermənistan Metsamor AES-i özünün bir nüvə silahına çevirib, nəinki bir enerji mənbəyi: "Aprelin əvvəllərində təmas xəttində erməni təxribatının qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələri qarşısında uğursuzluğa düçar olan Ermənistan siyasətçiləri etiraf etdilər ki, Metsamorun tullantılarından və radiaktiv maddələrdən zəhərli bombalar hazırlanıb. Bu baxımdan da Metsamor region üçün real təhlükədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti