...

Bolqarıstan və Bosniya və Herseqovina rəhbərləri Prezident İlham Əliyevi təbrik ediblər

Siyasət Materials 24 May 2016 20:44 (UTC +04:00)
Bolqarıstan Prezidenti Rosen Plevneliev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bolqarıstan və Bosniya və Herseqovina rəhbərləri Prezident İlham Əliyevi təbrik ediblər

Trend-i buradan izləyin

Bakı. Trend:

Bolqarıstan Prezidenti Rosen Plevneliev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri, xahiş edirəm, Azərbaycanın milli bayramı - 28 May Respublika Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Bu gözəl fürsətdən istifadə edərək, ötən illərdə nail olduğumuz və xalqlarımızın ortaq maraqlarına xidmət edən əməkdaşlığımızın, dinamik inkişafın və yüksək əlaqələrimizin gələcəkdə də davam etdiriləcəyinə əminliyimi ifadə etmək istərdim.

Azərbaycan xalqına sülh və əmin-amanlıq, Sizə möhkəm cansağlığı və uğurlar arzu edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin".

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç də dövlətimizin başçısını təbrik edib.

Məktubda qeyd olunur: "Zati-aliləri, Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ölkənizin daha da firavanlaşmasını ürəkdən arzulayıram.

Bu xoş fürsətdən istifadə edib, əmin olduğumu bildirirəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri ölkələrimizin rifahı naminə daha da inkişaf edəcək.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul edin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti