...

Millət vəkili Qana Parlament nümayəndə heyəti ilə görüşdə Xocalıdan danışıb

Siyasət Materials 4 İyun 2016 11:22 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva Qananın Qadın Birliyinin sədri, Parlamentdə çoxluq fraksiyasının rəhbəri Mary Salifu Boforonun rəhbərlik etdiyi Qana Parlament nümayəndə heyəti ilə görüşüb.
Millət vəkili Qana Parlament nümayəndə heyəti ilə görüşdə Xocalıdan danışıb

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva Qananın Qadın Birliyinin sədri, Parlamentdə çoxluq fraksiyasının rəhbəri Mary Salifu Boforonun rəhbərlik etdiyi Qana Parlament nümayəndə heyəti ilə görüşüb. Trend-ə verilən məlumata görə, Azərbaycanın Qana ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın genişlənməsinin vacibliyinə də toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib.

Müzakirələr zamanı millət vəkili Mary Salifu Boforonun rəhbərlik etdiyi Qana Parlament nümayəndə heyətinə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva Dağlıq Qarabağ münaqışəsi ətrafında son vəziyyətdən də danışıb. Millət vəkili Qananın Qadın Birliyinin sədri, Parlamentdə çoxluq fraksiyasının rəhbəri Mary Salifu Boforonun rəhbərlik etdiyi Qana Parlament nümayəndə heyətinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. O, nümayəndə heyətinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə aərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Qananın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən Qananın Qadın Birliyinin sədri, Parlamentdə çoxluq fraksiyasının rəhbəri Mary Salifu Boforonun rəhbərlik etdiyi Qana Parlament nümayəndə heyəti üzvləri iki ölkə arasında münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Q.Paşayeva Qana nümayəndə heyətinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib, Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı materiallar da hədiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti