...

Çili Senatı Azərbaycanla bağlı qətnamə qəbul etdi

Siyasət Materials 22 İyun 2016 12:36 (UTC +04:00)
Çili Respublikasının Senatı və Çili Milli Konqresinin Deputatlar Palatası tərəfindən Azərbaycana dair qətnamə qəbul edilib.
Çili Senatı Azərbaycanla bağlı qətnamə qəbul etdi

Bakı. Trend:

Çili Respublikasının Senatı və Çili Milli Konqresinin Deputatlar Palatası tərəfindən Azərbaycana dair qətnamə qəbul edilib.

Trend-in məlumatına görə, deputatların 86 lehinə, 1 əleyhinə səs verdiyi qətnamə layihəsi Çili parlamentində təmsil olunan partiyalar və fraksiyalar tərəfindən mütləq dəstəklənib.

Sözügedən qətnamədə Azərbaycanın demokratikləşmə prosesinin gücləndirilməsində layiqincə işlər gördüyü qeyd edilib, bu ölkə tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanındığı xüsusi vurğulanıb.

Qətnamədə, həmçinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli istiqamətində beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tanınması və səmərəli tətbiq edilməsi əsasında həyata keçirdiyi fəaliyyət dəstəklənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti