...

"Azərbaycan ATƏT-in regionda sabitliyin təmin edilməsində səylərini yüksək qiymətləndirir"

Siyasət Materials 30 İyun 2016 16:21 (UTC +04:00)
Azərbaycan ATƏT-in Cənubi Qafqazda sabitliyin təmin edilməsində səylərini və oynadığı müsbət rolu yüksək qiymətləndirir.
"Azərbaycan ATƏT-in regionda sabitliyin təmin edilməsində səylərini yüksək qiymətləndirir"

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan ATƏT-in Cənubi Qafqazda sabitliyin təmin edilməsində səylərini və oynadığı müsbət rolu yüksək qiymətləndirir.

Trend-in məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov bildirib: "Təəssüflə qeyd etməliyəm ki, ATƏT-in bir çox üzv ölkələrində münaqişələr mövcuddur və təşkilat bu sahədə fəaliyyətini gücləndirməlidir".

Onun sözlərinə görə, Almaniya ATƏT-ə sədrlik edən ölkə kimi, bu baxımdan çox işlər görür.

Azərbaycanda söz azadlığı barədə suala cavab verən E.Məmmədyarov deyib ki, Azərbaycanda KİV azaddır və jurnalistlər öz jurnalist fəaliyyətinə görə həbs edilməyiblər: "Bəzi jurnalistlər isə etik normaları pozur. Amma bütün bu hallar Azərbaycanda azad mətbuatın olmaması anlamına gəlmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti