...

Azərbaycanla Pakistan əmək və məşğullluq sahəsində müqavilə-hüquq bazasının yaradılmasını müzakirə edib

Siyasət Materials 4 Avqust 2016 19:59 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resursların inkişafı naziri Pir Seyid Sadaruddin Şah Rəşidi ilə görüşüb.
Azərbaycanla Pakistan əmək və məşğullluq sahəsində müqavilə-hüquq bazasının yaradılmasını müzakirə edib

Bakı. Trend:

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resursların inkişafı naziri Pir Seyid Sadaruddin Şah Rəşidi ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Pakistan arasındakı dostluq və qardaşlıq əlaqələrin yaratdığı imkanlar, hər iki ölkənin bir-birinə verdiyi dəstək, mədəni, dini bağlılıqlar, mənəvi dəyərlər haqqında söhbət açılıb. Qarşılıqlı əməkdaşlığın davam etdirilməsi məqsədilə insan resurslarının inkişafı, əmək və məşğullluq sahəsində müqavilə-hüquq bazasının yaradılması ilə bağlı müzakirələr aparılıb.

Nazir Pir Seyid Sadaruddin Şah Rəşidi, əmək, məşğuluq, vətəndaşların sosial müdafiəsi, əməkçi miqrantların hüquqların müdafiəsi sahəsində Pakistanın Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resursların İnkişafı Nazirliyinin fəaliyyəti haqqında məlumat verərək, Azərbaycanın müvafiq qurumları ilə fəal əlaqələrin daha da artırılması və təcrübə mübadiləsinin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti