...

Referendumla əlaqədar 7500-dən çox müşahidəçi qeydiyyata alınıb

Siyasət Materials 31 Avqust 2016 17:11 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Referendumla əlaqədar 7500-dən çox müşahidəçi qeydiyyata alınıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda MSK-nın 27 avqust 2016-cı il tarixli iclas protokolu müzakirə edilib. Protokol yekdilliklə qəbul edilib.

Sonra 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi ilə (referendumla) əlaqədar ölkə hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda seçicilərin dairələr üzrə siyahılara daxil edilməsi məsələsinə baxılıb və müvafiq seçki dairələri müəyyən edilib.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, referendumun keçirilməsi ilə bağlı Komissiya tərəfindən tədbirlər davam edir. Artıq MSK tərəfindən ölkədə 161 müşahidəçi qeydiyyata alınıb. Onlardan 6-sı MDB Parlament Assambleyası Şurasının katibliyini təmsil edir.

İndiyə qədər Dairə Seçki komissiyalarında müşahidə aparmaq üçün 7503 nəfər qeydiyyata alınıb.

MSK sədrinin sözlərinə görə, müşahidə aparmaq hüququ olan hər hansı müşahidəçi üçün problem yaradılmamalıdır: "Sabahdan Seçki dairələri üzrə MSK-nın təlimlərinə başlanacaq. Sonuncu tədbirimiz Penitensiar Xidmətlə birgə olacaq".

M.Pənahov bildirib ki, təşviqat qrupları ilə əlaqələri gücləndirmək lazımdır. Onun sözlərinə görə, səsverməyə 15-20 gün qalmış bülletenlərin paylanması başa çatmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti