Bakı. Samir Əli - Trend:
"Azərbaycanın heç bir ölkədən pulsuz silah-sursat almasına ehtiyac yoxdur". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.
Onun sözlərinə görə, Azərbaycan özü müasir texnologiyalar alıb və ölkədə həmin hərbi sursat və texnikalar istehsal etməyə qadirdir: "Çünki biz ordumuzu mümkün və kifayət qədər silah-sursat, döyüş texnikası ilə təmin edirik".