...

Azərbaycanın müstəqilliyinin 25 illiyinə dair tədbir keçiriləcək

Siyasət Materials 30 Sentyabr 2016 11:47 (UTC +04:00)
Simpoziumda dövlət rəsmiləri də iştirak edəcək.
Azərbaycanın müstəqilliyinin 25 illiyinə dair tədbir keçiriləcək

Bakı - Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 15 oktyabr 2016-cı ildə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi və Mərmərə Universiteti Ədəbiyyat fakültəsi tarix bölümü ilə birlikdə “Dövlət müstəqilliyinin 25-ci ilində Azərbaycan: uğurlar və inkişaf perspektivləri” adlı simpozium təşkil ediləcək.

Şuradan Trend-ə verilən məlumata görə, simpoziumda Azərbaycanın müstəqilliyini əldə etdikdən bu günə qədər dövlətin müxtəlif sahələrdə siyasəti Türkiyə və Azərbaycan alimlərinin iştirakı ilə müxtəlif aspektlərdən müzakirə ediləcək.

Azərbaycanın xarici, təhlükəsizlik, iqtisadi siyasəti, bölgə dövlətləri ilə münasibətlərinin diqqət mərkəzində olacağı simpozium elm, təhsil, araşdırma mərkəzləri və jurnalistlər üçün maraq doğuracaq.

Simpoziumda dövlət rəsmiləri də iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti