...

Konqresmen Stiv Kohen Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı bəyanat verib

Siyasət Materials 19 Oktyabr 2016 07:22 (UTC +04:00)
ABŞ Konqresinin Tennesi ştatından olan demokrat üzvü, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı bəyanat verib
Konqresmen Stiv Kohen Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı bəyanat verib

Bakı. Trend:

ABŞ Konqresinin Tennesi ştatından olan demokrat üzvü, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı bəyanat verib.

Trend-ə Azərbaycanın ABŞ-dakı sefirliyindən verilən məlumata görə, ölkəmizin ABŞ-dakı Səfirliyinə təqdim olunmuş bəyanatda “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinin 25-ci ildönümünün qeyd olunduğu bildirilir.

Bəyanatda 1991-ci il, 18 oktyabrda müstəqilliyini bəyan edən Azərbaycanın qlobal enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə və nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində vacib müttəfiqə çevrildiyi qeyd olunur. Eyni zamanda, müsəlman əksəriyyətli cəmiyyəti olan dünyəvi dövlətdə etnik və dini dözümlülük baxımından bir nümunə olduğu vurğulanır. Bəyanatda həmçinin, Azərbaycan İsrail dövləti ilə yaxşı əlaqələrə malik olduğuna görə təqdir edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti