...

“ASAN Viza” sistemi haqqında əsasnamə təsdiq edilib

Siyasət Materials 20 Oktyabr 2016 19:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
“ASAN Viza” sistemi haqqında əsasnamə təsdiq edilib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılır.

Eləcə də,Nazirlər Kabinetinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin, fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti