Xorvatiya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Siyasət Xəbər 25 Oktyabr 2016 17:07 (UTC +04:00)

Bakı. Trend:

Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana rəsmi səfəri bu gün başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti