...

Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Siyasət Materials 30 Oktyabr 2016 13:11 (UTC +04:00)
Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Azərbaycana rəsmi səfərə gəlib
Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Bakı. Trend:

Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanı Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Hava limanında jurnalistlərə müsahibə verən Rodriqo Maya Bakıya üçüncü dəfə səfər etdiyini, Braziliya parlamentinin sədri kimi isə ilk olaraq Azərbaycana gəldiyini bildirib. O deyib: “Ölkələrimizi birləşdirən neft, qaz və digər sənaye sahələri mövcuddur. Səfərimin məqsədi Braziliya ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti