...

Tümendən Azərbaycana maraqlı təklif

Siyasət Materials 2 Noyabr 2016 17:02 (UTC +04:00)
Rusiyanın Tümen vilayəti Azərbaycana kənd təsərrüfatı logistikasının sadələşdirilməsi üçün topdansatış ticarət-paylayıcı kompleksinin tikintisini təklif edib.
Tümendən Azərbaycana maraqlı təklif

Bakı. Trend:

Rusiyanın Tümen vilayəti Azərbaycana kənd təsərrüfatı logistikasının sadələşdirilməsi üçün topdansatış ticarət-paylayıcı kompleksinin tikintisini təklif edib. Trend-in məlumatına görə, bu açıqlamanı Xəzər-Avropa klubunun (CEIBC) iclası zamanı vilayətin qubernatoru Vladimir Yakuşev verib.

Qubernator kompleksin inşasının 3 milyard rubla başa gələcəyini bildirib. O, sahibkarlara tikinti sahələrinin, eləcə də vergi və digər güzəştlərin verilməsinə hazır olduqlarını bildirib.

V.Yakuşev qeyd edib ki, bu kompleks Azərbaycandan meyvə və tərəvəzin təkcə Tümen vilayətinə deyil, Rusiyanın digər bölgələrinə də çatdırılması üçün, həmçinin Tümen vilayətindən Azərbaycana buğda və kartof ixracı üçün istifadə oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti