...

Deputat: Azərbaycan-İsrail münasibətləri digər ölkəyə qarşı yönəlməyib

Siyasət Materials 13 Dekabr 2016 17:09 (UTC +04:00)
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri həm iki ölkənin, həm də dünyanın maraqlarına xidmət edəcək.
Deputat: Azərbaycan-İsrail münasibətləri digər ölkəyə qarşı yönəlməyib

Bakı. İlhamə İsabalayeva - Trend:

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri həm iki ölkənin, həm də dünyanın maraqlarına xidmət edəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

Azərbaycan və İsrail arasında sıx dostluq əlaqələrinin olduğunu deyən deputat bu münasibətlərin digər ölkələr üçün də örnək ola biləcəyini söyləyib: “Hər iki ölkə bir-birinə hörmətlə yanaşır, sıx əməkdaşlıq edirlər. Hər bir rəsmi səfər iki ölkə arasındakı mövcud əlaqələrin dərinləşməsinə, eləcə də yeni əməkdaşlıq sahələrinin axtarılmasına xidmət edir”.

Deputat qeyd edib ki, Azərbaycan və İsrail arasındakı münasibətlər digər ölkəyə qarşı yönəlməyib: “Heç bir halda ölkələr öz münasibətlərindən hansısa dövlət üçün problemlərin yaradılması məqsədilə istifadə etməyiblər və etmək fikrində də deyillər”.

A.Mirzəzadə hesab edir ki, İsrail Baş nazirinin Azərbaycana ikinci səfəri bu ölkənin Azərbaycanın regionda və dünyada oynadığı böyük rola verdiyi qiymətdir.

Onun özlərinə görə, B.Netanyahunun səfərdən əvvəl Azərbaycan haqqında söylədiyi fikirlər İsrail siyasi dairələrində Azərbaycanın çox nüfuzlu bir ölkə kimi qiymətləndirilməsindən xəbər verir.

A.Mirzəzadə bildirib ki, İsrail Baş nazirinin bu səfəri İsraillə Azərbaycan arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə, dünyada təhlükəsizliyin və sabitliyin bərqərar olması üçün birgə əməkdaşlıq formatlarının axtarışına səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti