...

Prezident İlham Əliyev Davosda “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 17 Yanvar 2017 21:23 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Davosda “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ilə görüşüb
Prezident İlham Əliyev Davosda “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Davosda “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ilə görüşüb.

Görüşdə “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ətraf mühitin qorunması, məişət tullantılarının yandırılması sahəsində bu şirkətlər qrupunun gördüyü işlər və imkanları barədə dövlətimizin başçısına məlumat verdi. Erik Olsen Azərbaycanı əməkdaşlıq baxımından cəlbedici ölkə kimi dəyərləndirərək respublikamızla əlaqələr qurmağa hazır olduqlarını vurğuladı.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti