...

Dünya İqtisadi Forumu: Ermənistan qonşularından xeyli geri qalır

Siyasət Materials 19 Yanvar 2017 10:36 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan inkişaf etməkdə olan 79 ölkə arasında məşğulluq, əməkhaqqı, yaşayış səviyyəsi və sosial inteqrasiya baxımından heç də yüksək yerə sahib deyil.

Trend-in məlumatına görə, bu barədə Dünya İqtisadi Forumunun yeni məruzəsində bildirilir.

Forumun "Hərtərəfli artım və inkişaf haqqında məruzə - 2017" adlı araşdırmasında 109 ölkənin hərtərəfli inkişaf üzrə göstəriciləri qeyd olunur. Onlardan 30-u inkişaf etmiş, 79-u isə inkişaf etməkdə olan ölkədir.

Ermənistan reytinqdə 50-ci yeri tutmaqla qonşularından xeyli geri qalır - Azərbaycan (2-ci yer), Türkiyə (20-ci yer), İran (21-ci yer) və Gürcüstan (31-ci yer). Rusiya isə reytinqdə 13-cü sıradadır.

Adambaşına düşən ÜDM-in göstəricisinə görə də Ermənistan Türkiyə, Azərbaycan, İran və Gürcüstandan geri qalır - 40-cı yer.

Ümumilikdə, inkişaf etməkdə olan ölkələrin reytinqində ilk üç yeri müvafiq olaraq Litva, Azərbaycan və Macarıstan tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti