...

Yalançı Ermənistan parlamentinə samuray zərbəsi

Siyasət Materials 2 Fevral 2017 12:13 (UTC +04:00)

Bakı. Trend:

XXI əsrdə, informasiya texnologiyaları dövründə, istənilən məlumatın dəqiqləşdirilməsi üçün saniyələr lazım olduğu müasir zamanda, Ermənistan hakimiyyəti növbəti dəfə özünü gülməli vəziyyətə qoyub.

Yalan və dezinformasiya üzərində qurulan Ermənistanın təbliğat-təşviqat siyasəti “ağıllı başbilənlərı” sayəsində bu dəfə yalanın dozasının miqdarını qaçırıb. Trend-in məlumatına görə, 30-31 yanvarda Ermənistan parlamentinin sədri Qalust Saakyan Yaponiyaya səfər edib. Azərbaycanlı həmkarı Oqtay Əsədovun 2015-ci ilin aprelində bu ölkəyə rəsmi səfərinin proqramından fərqli olaraq, Q.Saakyan Yaponiya İmperatoru və parlamentin Müşavirlər Palatasının sədri tərəfindən qəbul edilməyib.

Yaponiya parlamentinin Nümayəndələr Palatasının sədri Tadamori Oşima tərəfindən qəbul edilən Q.Saakyan görüşdən sonra müzakirə olunan məsələləri deyil, xəyal etdiklərini mətbuatda yayıb. Ermənistan rəhbərliyi hətta bir addım da irəli gedərək, Ermənistan parlamentinin rəsmi səhifəsində görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və qondarma erməni soyqırımının müzakirə edildiyi, T.Oşimanın məlum aprel döyüşlərində həlak olmuş erməni əsgərlərinə başsağlığı verdiyinə dair yalan informasiya yayıb.

Hadisədən xəbər tutan Yaponiya tərəfi sözügedən məsələni təkzib edib və Nümayəndələr Palatası sədrinin belə bir ifadə işlətmədiyini bildirib. Tragikomik vəziyyətə düşən Ermənistan tərəfi dərhal parlamentin rəsmi səhifəsində adıçəkilən xəbəri silərək, T.Oşimanın aprel döyüşləri zamanı həlak olanlara başsağlığı verdiyi ifadəsini işlədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti