...

Məmmədyarov: Azərbaycan Ermənistandakı Metsamor AES-lə bağlı vəziyyətdən narahatdır

Siyasət Materials 9 Fevral 2017 16:03 (UTC +04:00)
Azərbaycan Ermənistandakı Metsamor AES-lə bağlı vəziyyətdən narahatdır
Məmmədyarov: Azərbaycan Ermənistandakı Metsamor AES-lə bağlı vəziyyətdən narahatdır

Bakı. Trend:

Azərbaycan Ermənistandakı Metsamor AES-lə bağlı vəziyyətdən narahatdır.

Trend-in məlumatına görə, bu sözləri "RİA Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, bu stansiya artıq köhnəlmiş hesab olunur.

Nazir deyib: “Biz hər zaman regional tərəfdaşlarımızla birgə Metsamor AES-lə bağlı narahatlığımızı ifadə edirik. O artıq çox köhnəlib, demək olar ki, “Çernobıl variantıdır”. Xoşbəxtlikdən “Rosatom” bunun üçün əlavə vəsait ayırır. Amma prinsip etibarilə, bu stansiya öz müddətini başa vurub. Birdən nə isə baş versə, təkcə Ermənistan yox, hamı zərər çəkəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti