...

Yaxın vaxtlarda Azərbaycan və Rusiya XİN rəhbərləri arasında təmas qurulacaq

Siyasət Materials 15 Fevral 2017 12:44 (UTC +04:00)

Bakı. Elmira Tariverdiyeva - Trend:

Yaxın vaxtlarda Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında təmas qurulacaq.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinqdə deyib.

O qeyd edib ki, fevralın 21-22-də Moskvada Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə ediləcək.

M.Zaxarovanın sözlərinə görə, tezliklə Azərbaycan tərəfi ilə də müvafiq səviyyədə təmas qurulacaq.

XİN rəsmisi fevralın 17-19-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ üzrə görüşlə bağlı razılığı təsdiq etməyib: "Hələ belə razılıq əldə olunmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti