...

İqor Seleznyov: Moskva-Bakı əməkdaşlığı Xəzərdə sabitliyin saxlanması baxımından mühüm faktordur

Siyasət Materials 3 Aprel 2017 12:20 (UTC +04:00)
Son 25 il ərzində Azərbaycan və Rusiya arasında əməkdaşlıq əhəmiyyətli dərəcədə artıb.
İqor Seleznyov: Moskva-Bakı əməkdaşlığı Xəzərdə sabitliyin saxlanması baxımından mühüm faktordur

Bakı. Səba Ağayeva - Trend:

Son 25 il ərzində Azərbaycan və Rusiya arasında əməkdaşlıq əhəmiyyətli dərəcədə artıb.

Trend-in məlumatına görə, bunu Rusiya Elmlər Akademiyasının Sosial-Siyasi Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı, sosiologiya elmləri namizədi İqor Seleznyov Bakıda "Rusiya - Azərbaycan: diplomatik münasibətlərin 25 ili. Tərəfdaşlıq strategiyası" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

İ.Seleznyov bildirib ki, Moskva-Bakı əməkdaşlığının mühüm məsələlərindən biri də Xəzər regionunda sabitliyin və təhlükəsizliyin saxlanması olub: "Bu yaxınlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla görüşündə bəyan etdi ki, Azərbaycanı Xəzərdə təhlükəsizliyin forpostu hesab edir".

O əlavə edib ki, bu gün əsas problem Xəzəryanı ölkələrin hələ də razılığa gələ bilmədiyi Xəzərin statusu məsələsidir: "Sevindirici haldır ki, bütün tərəflər Xəzərdə sabitliyin saxlanmasında maraqlıdır".

Ekspertin sözlərinə görə, bu fonda Bakı və Moskva Xəzərdə əməkdaşlığı, o cümlədən hərbi, hərbi-texniki və terrorizmlə mübarizə sahələrində əməkdaşlığı genişləndirir:

"Xəzərin ətraf mühitinin mühafizəsi beynəlxalq əməkdaşlığın daha vacib istiqamətlərindən biridir. Xəzər, o cümlədən dənizdəki enerji layihələrinə görə həssas ekoloji sistemə malikdir. Xəzərin biomüxtəlifliyinin saxlanması da region ölkələri üçün mühüm məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti