...

General Murat Selçuk Çol: Azərbaycan hərbçiləri Əfqanıstanda təhlükəsizliyin təmin olunmasına böyük töhfə verib

Siyasət Materials 8 İyun 2017 16:28 (UTC +04:00)
Azərbaycan sülhməramlılarının peşəkarlığı yüksək qiymətləndirilib
General Murat Selçuk Çol: Azərbaycan hərbçiləri Əfqanıstanda təhlükəsizliyin təmin olunmasına böyük töhfə verib

Bakı. Trend:

Əfqanıstanda NATO-nun həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyası çərçivəsində Həmid Kərzai adına Kabul Beynəlxalq Hava Limanının (HİKA) təhlükəsizliyini təmin edən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının nümunəvi xidməti və peşəkarlığı yüksək qiymətləndirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xidməti vəzifələrini yerinə yetirərkən fərqlənən Azərbaycan sülhməramlıları barədə HKİA Qarnizonu komandanı briqada generalı Murat Selçuk Çol tərəfindən müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlıq məktubu ünvanlanıb.

Məktubda deyilir: “Əfqanıstan İslam Respublikasında NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Həmid Kərzai adına Beynəlxalq Hava Limanının ərazisində xidmət keçən Azərbaycan sülhməramlılarının nümayiş etdirdiyi nümunəvi xidmətin səviyyəsindən böyük bir məmnuniyyət duyduğumu ifadə etmək istəyirəm.

Sizə Həmid Kərzai adına Beynəlxalq Hava Limanın hərbi hissəsində xidmət edən 52 ölkənin 5.000 nəfərədək hərbi qulluqçu və mülki işçi adından təşəkkürümü bildirirəm.

Sayıq və intizamlı olmaqla yanaşı göstərdikləri səylər nəticəsində Azərbaycan hərbçiləri təhlükəsizliyin təmin olunmasına, eləcə də qüvvələrin mühafizəsi qrupunun müvəffəqiyyət qazanmasına böyük töhfə verib. Azərbaycan sülhməramlıları sahib olduqları güclü dəyərlər və böyük məsuliyyət hissi ilə Türkiyə və digər beynəlxalq nümayəndələrlə dostluq münasibətləri qurublar.

Azərbaycan bölüyünün bütün şəxsi heyəti ölkəsini yüksək səviyyədə nümunəvi şəkildə təmsil etməklə qazandıqları nailiyyətləri daha da önə çıxarmağı bacarıblar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti