...

İrəvanda faşist generalına ucaldılmış abidə Niderland mətbuatında (FOTO)

Siyasət Materials 13 İyun 2017 18:38 (UTC +04:00)
Vüqar Abbasovun Niderland mətbuatında “İyirmi birinci əsrdə bir faşistə abidə?” adlı növbəti yazısı dərc olunub.
İrəvanda faşist generalına ucaldılmış abidə Niderland mətbuatında (FOTO)

Bakı. Trend:

Niderland jurnalistlər birliyinin üzvü və “Connect” təşkilatının sədri Vüqar Abbasovun Niderland mətbuatında “İyirmi birinci əsrdə bir faşistə abidə?” adlı növbəti yazısı dərc olunub.

Yazı ötən ilin may ayında Ermənistanın paytaxtında faşist generalı, Hitlerin əlaltılarından biri olmuş general Njde kimi tanınan Qaregin Ter-Arutunyana heykəl qoyulmasından bəhs olunur. Abidənin açlışında Ermənistan prezidenti Serj Sərkisyanın iştirakı xüsusi vurğulanıb. Yazıda eyni zamanda əsası Qaregin tərəfindən qoyulmuş Vermaht erməni cəza legionunun Ukrayna və Polşada törətdikləri qırğınlardan, yəhudilərə qarşı xüsusi amansızlıq göstərilməsindən söhbət açılıb. Yazıda o da qeyd olunub ki, erməni legionu öz hesabatlarında tək Krımda 20 mindən çox dinc sakini qətlə yetirib. Vermahtın törətdiyi vəhşiliklərə geniş yer verilmiş yazıda həmçinin qeyd olunub ki, rəsmi İrəvan tək Nijdeyə heykəl ucaltmaqla kifayətlənməyib onun adını kəndlərə, qəsəblərə, məktəblərə verib.

Məqalədə bildirilir ki, bütün bunlar İkinci Dünya Müharibəsində həlak olanların ruhuna hörmətsizlikdir. Müəllif Nijdeyə ucaldılmış heykəlin götürülməsini təklif edir.

Xəbər lenti

Xəbər lenti