...

Azərbaycanın Şamaxı və İsrailin Tirat Karmel şəhərləri qardaşlaşıblar (FOTO)

Siyasət Materials 6 Sentyabr 2017 10:25 (UTC +04:00)
Azərbaycanın Şamaxı və İsrailin Tirat Karmel şəhərləri qardaşlaşıblar.
Azərbaycanın Şamaxı və İsrailin Tirat Karmel şəhərləri qardaşlaşıblar (FOTO)

Bakı. Trend:

Azərbaycanın Şamaxı və İsrailin Tirat Karmel şəhərləri qardaşlaşıblar.

Trend-in məlumatına görə, bununla bağlı saziş Tirat Karmel şəhərinin meri Ariye Talın rəhbərlik etdiyi nümayəndə heyətinin Şamaxıya səfəri çərçivəsində iki şəhərin administrasiyaları arasında imzalanıb.

Nümayəndə heyətinin tərkibinə Tirat Karmel merinin müavini, şəhər bələdiyyəsinin rəhbəri, həmçinin "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, assosiasiyanın fəalları daxildir.

Sazişi Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Tirat Karmel meri A.Tal imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti