Bakı. Ləman Zeynalova - Trend:
İndoneziya iqtisadi sahədə Azərbaycanla daha geniş tərəfdaşlıq münasibətlərinə hazırdır.
Trend-in məlumatına görə, bunu İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fanani İndoneziyanın dövlət müstəqilliyinin 72-ci ildönümü ilə bağlı mərasimdə deyib.
O, qeyd edib ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanla İndoneziya arasında ticarət dövriyyəsi 2015-ci ilə nisbətən 2016-cı ildə 19 milyon artaraq 46 milyon dollar olub: "Bu onu göstərir ki, hər iki ölkə əlaqlərin daha yüksək inkişafı üçün imkanlara malikdir".
Tədbirdə çıxış edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov öz növbəsində qeyd edib ki, İndoneziyanın Azərbaycanın ticarət dövriyyəsində ümumi payı cəmi 0.7 faiz təşkil edir.
Onun sözlərinə görə, bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Azərbaycanın ticarət dövriyyəsində payı 20 faiz təşkil edir. Nazir İndoneziyanın payının artırılmasının vacibliyini qeyd edib.