...

Nazir: Böyük Britaniya Azərbaycanın inkişafına dəstək göstərmək üçün unikal imkanlara malikdir

Siyasət Materials 14 Sentyabr 2017 12:30 (UTC +04:00)
Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər 25 illik diplomatik əlaqələr çərçivəsindən kənara çıxır və müxtəlif məsələləri əhatə edir.
Nazir: Böyük Britaniya Azərbaycanın inkişafına dəstək göstərmək üçün unikal imkanlara malikdir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər 25 illik diplomatik əlaqələr çərçivəsindən kənara çıxır və Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələri, Bakıda investisiya qoyan Britaniya şirkətlərini, eləcə də beynəlxalq terrorçuluqla mübarizə məsələlərini əhatə edir.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Avropa və Amerika işləri üzrə naziri Alan Dunkanın Azərbaycana səfəri ərəfəsində bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Azərbaycanda ən iri xarici investor olan Böyük Britaniya Azərbaycanın inkişafına dəstək göstərmək üçün unikal imkanlara malikdir: “Mən fəxr edirəm ki, BP ilə sazişin uzadılması ilə Britaniya texnologiyaları və təcrübəsi uzun illər ərzində Azərbaycanın çiçəklənməsinə və təhlükəsizliyinə kömək edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti