...

Gənc Alimlərin I Qurultayının keçirilmə tarixi müəyyənləşib

Siyasət Materials 11 Oktyabr 2017 16:37 (UTC +04:00)
Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi tarixi müəyyənləşib.
Gənc Alimlərin I Qurultayının keçirilmə tarixi müəyyənləşib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi tarixi müəyyənləşib.

Trend -in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, akademik Rasim Əliquliyev Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib ki, gənclərin fiziki və mənəvi sağlamlığının təmin olunması, intellektual inkişafı üçün lazımi şəraitin yaradılması, onların fəaliyyətlərinin milli maraqlara yönəlməsi dövlət siyasətinin əsas amillərindəndir. Bu siyasətin davamı olaraq AMEA-da intellektual gəncliyin hərtərəfli inkişafı üçün görülən işlərdən söz açan akademik R.Əliquliyev hazırda akademiyada gənc alimlərin xarici ölkələrin elmi mərkəzlərində təhsil almaları, onların yüksəkixtisaslı kadr kimi yetişməsi, sosial problemlərinin aradan qaldırılması yönündə kompleks tədbirlərin həyata keçirildiyini bildirib.

Rəyasət Heyətinin iclasında qeyd olunan məsələlərin icrasını təmin etmək məqsədilə AMEA, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə bu il dekabrın 15-də Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi qərara alınıb.

İclasda qurultayın təşkil edilməsi üzrə məsul şəxs və İşçi qrupunun müəyyənləşdirilməsi, AMEA Gənc Alim və Mütəxəssislər Şurası, həmçinin elmi-tədqiqat müəssisələrinin müvafiq təşkilatlarının iclaslarında müzakirə əsasında formalaşan rəy və təkliflərin Təşkilat komit əsinə təqdim edilməsi ilə bağlı qərar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti