...

Novruz Məmmədov: Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı beynəlxalq ictimaiyyətə ünvanlanan bir mesaj idi

Siyasət Materials 23 Oktyabr 2017 14:22 (UTC +04:00)
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı təkcə Azərbaycana lazım olan bir çıxış deyildi. Bu, beynəlxalq ictimaiyyətə, beynəlxalq birliyin üzvlərinə ünvanlanan bir mesaj idi.
Novruz Məmmədov: Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı beynəlxalq ictimaiyyətə ünvanlanan bir mesaj idi

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı təkcə Azərbaycana lazım olan bir çıxış deyildi. Bu, beynəlxalq ictimaiyyətə, beynəlxalq birliyin üzvlərinə ünvanlanan bir mesaj idi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

O qeyd edib ki, son bir neçə onillikdə beynəlxalq aləmdə vəziyyət çox dəyişib, çox gərginləşib, ölkələr arasında, müəyyən regionlarda sabitlik, təhlükəsizlik pozulub və sabitliyi, təhlükəsizliyi, davamlı inkişafı təmin edən dünya düzəninin də bu gün hələ ortaya çıxarılması bir problemə çevrilib:

"Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı o deməkdir ki, bu yolla getmək düzgün deyil. Bu, nə münaqişələrin həllinə, nə də sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına töhfə verir. Ona görə də ikili standartlardan, yalan, qərəzli mövqelərdən əl çəkmək lazımdır. Bu baxımdan Azərbaycan Prezidentinin çıxışı dünya birliyinə bir mesaj idi. Bu gün dünyanın böyük ölkələri arasında böyük gərginliklər var. Axırı necə olacaq - dəqiq proqnoz vermək çox çətindir".

Onun sözlərinə görə, bundan əvvəl Azərbaycanın çox böyük rolu oldu ki, Rusiya-Türkiyə münasibətləri əvvəlki yaxşı vəziyyətinə qayıtsın: "Belə hallar çoxdur. Bu mənada Azərbaycanın beynəlxalq aləmdə çox böyük yeri var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti