...

Nazir: İtaliya Azərbaycanın Aİ-də ən mühüm tərəfdaşlarındandır (FOTO)

Siyasət Materials 24 Oktyabr 2017 18:45 (UTC +04:00)
Elmar Məmmədyarov İtaliyada keçirilən ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində Siciliyanın Palermo şəhərinin meri Leoluka Orlando ilə görüşüb.
Nazir: İtaliya Azərbaycanın Aİ-də ən mühüm tərəfdaşlarındandır (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyada keçirilən ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində Siciliyanın Palermo şəhərinin meri Leoluka Orlando ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə L.Orlando vaxtilə İtaliya Parlamentinin üzvü qismində Azərbaycana səfəri, səfər çərçivəsində keçirilmiş yüksək səviyyəli məhsuldar görüşləri və Azərbaycan haqqında xoş xatirələrini məmnunluqla qeyd edib.

Görüşdə Palermo ilə ölkəmizin bölgələri arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. Regionalararası əməkdaşlıq çərçivəsində turizm, kənd-təsərrüfatı, mədəniyyət, şəhər idarəçiliyi üzrə təcrübə mübadiləsi və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu qeyd olunub.

E.Məmmədyarov İtaliyanın Azərbaycanın Avropa İttifaqında (Aİ) ən mühüm tərəfdaşlarından olduğunu, bütün sahələrdə ikitərəfli əlaqələrin dinamik şəkildə inkişaf etdiyini qeyd edərək, ölkələrimizin regionları arasında da əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti