Əli Həsənov: Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi növbəti tarixi layihəni reallığa çevirməyə imkan yaratdı

Əli Həsənov: Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi növbəti tarixi layihəni reallığa çevirməyə imkan yaratdı

Bakı. Trend:

Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi növbəti tarixi layihəni reallığa çevirməyə imkan yaratdı.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov "Feysbuk"dakı səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı həm Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında, həm də qlobal miqyasda mühüm tarixi hadisəyə çevrildi: "Əksər ekspertlərin rəyinə əsasən, BTQ Avropa və Asiya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi, region ölkələrinin iqtisadi inkişafı və onların dünyada geosiyasi nüfuzunun artmasına güclü təkan verməklə yanaşı, həm də və ilk növbədə Azərbaycanın geoiqtisadi maraqlarının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır".

O bildirib ki, məhz Prezident İlham Əliyevin Azərbaycanın zəngin təbii resursları, əlverişli coğrafi mövqeyi, Qərblə Şərqi birləşdirən nəqliyyat-kommunikasiya imkanları və digər geosiyasi üstünlüklərinin milli maraqlara uyğun şəkildə istifadəsi istiqamətində apardığı məqsədyönlü siyasət ölkəmizin beynəlxalq aləmdə yerini və rolunu əsaslı şəkildə möhkəmləndirdi:

"BTQ Avrasiya məkanında ticarət əlaqələri, yük daşımaları sahəsində yeni və iqtisadi cəhətdən daha əlverişli nəqliyyat marşrutunun yaradılması zərurətindən ərsəyə gəlib. Məlumdur ki, hazırda Avrasiya regionunda Avropa İttifaqı və Çin əsas iqtisadi güc mərkəzləri kimi çıxış edirlər. Onların arasında yükdaşımaları şimaldan Transsibir dəmir yolu ilə Rusiya ərazisindən, cənubdan isə Hind okeanı-Süveyş kanalı vasitəsilə həyata keçirilir. Lakin fərqli geosiyasi maraqları baxımından Avropa İttifaqının və Çinin bu nəqliyyat marşrutlarına münasibətləri müxtəlifdir. Avropa İttifaqı ölkələri hesab edir ki, Şimal dəmir yolu marşrutunun Rusiya ərazisindən keçməsi yüksək siyasi risklər doğurur. Digər yanaşmaya görə, Cənub dəniz yolu marşrutu üzrə daşınmalar isə xeyli vaxt itkisinə səbəb olur ki, bu da iqtisadi səmərəlilik baxımından əlverişsizdir. Ona görə də BTQ yeni marşrut kimi şimal və cənub istiqamətləri üzrə tranzit daşımalarının potensialını kifayət qədər artıran və geoiqtisadi baxımdan ciddi səmərəlilik vəd edən layihə kimi dünyanın diqqətini özünə cəlb etməyi bacarıb".

Ə.Həsənov qeyd edib ki, Avrasiyanın nəqliyyat xəritəsinin mühüm tərkib hissəsi olan BTQ dəmir yolu layihəsinin hazırlanması və reallaşması müxtəlif çətinliklərdən keçib: "Bəzi xarici siyasi dairələr bu tarixi layihəni gözdən salmaq üçün məqsədli şəkildə təbliğat apararaq onun iqtisadi baxımdan səmərəsiz olduğunu iddia edirdi. Lakin ilk növbədə Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə liderlərinin prinsipial mövqeyi, qarşılıqlı dəstəyi və etimadı bütün çətinlikləri dəf etməyə və növbəti tarixi layihəni reallığa çevirməyə imkan yaratdı.

Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstan keçən əsrin 90-cı illərindən başlayaraq Qərb ölkələri ilə birlikdə Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində fəal siyasət aparıb. Cənubi Qafqazın geosiyasi münasibətlər sistemində Azərbaycan, Türkiyə və Gürcüstanın milli maraqları üst-üstə düşərək bir-birini tamamlayır. Bu üç ölkənin birgə geoiqtisadi maraqlarının və təhlükəsizliyinin təmin edilməsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu mühüm rol oynayır. 2007-ci ildə BTQ dəmir yolunun tikintisinə dair Sazişin imzalanması nəqliyyat-kommunikasiya sahəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı strateji tərəfdaşlıq əlaqələrini daha da dərinləşdirib".

Prezidentin köməkçisi deyib ki, son bir neçə ildə Azərbaycan həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturlarını, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərini müasir tələblərə uyğun yenidən qurmaqla dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici vəsiləyə çevrilib:

"Ölkəmizin transmilli enerji, nəqliyyat-kommunikasiya və yükdaşıma layihələrində (Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) iştirak etməsi onun regiondakı geoiqtisadi əhəmiyyətini, beynəlxalq enerji-nəqliyyat təhlükəsizliyinin təmin olunmasında rolunu artırıb. Azərbaycan BTQ dəmir yolu layihəsinin təşəbbüskarı, hərəkətverici qüvvəsi və əsas təminatçısı kimi artıq dünyada mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib".

Ə.Həsənov vurğulayıb ki, BTQ-nin Avrasiya regionunda təhlükəsizliyin, sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunmasında mühüm əhəmiyyət daşıyacağı şübhə doğurmur: "Dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa, eyni zamanda iqtisadi baxımdan əlverişli marşrut xəttidir və onun vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı dövrdə isə 17 milyon ton və daha artıq həcmdə yüklərin daşınması proqnozlaşdırılır. Həmçinin yeni dəmir yolu yük və sərnişinlərin Avropaya və Asiyaya çatdırılması, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin kəskin artması, eyni zamanda Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin zənginləşməsi, ölkəmizlə bölgə dövlətləri arasında xarici iqtisadi münasibətlərin inkişafı baxımından böyük perspektivlər vəd edir".

O bildirib ki, Azərbaycan ixracatçılarının dünya bazarlarına səmərəli və ucuz xərclərlə çıxmasına, marşrut üzərindəki dövlətlər arasında xarici ticarət dövriyyəsinin həcminin artmasına BTQ dəmir yolu mühüm təsir göstərəcək: "Bu nəqliyyat marşrutunun digər geoiqtisadi əhəmiyyəti Azərbaycanın Türkiyə ilə Gürcüstan ərazisindən keçməklə Avropa ilə birbaşa dəmir yolu əlaqəsi qurmasından ibarətdir".

Ə.Həsənov qeyd edib ki, Cənubi Qafqazda transmilli nəqliyyat-kommunikasiya layihələrinin reallaşması yalnız Azərbaycanın deyil, həm də regionda sülhün və sabitliyin qorunub saxlanılmasında maraqlı olan dünya dövlətlərinin strateji maraqlarına cavab verir:

"Avropa İttifaqının enerji-nəqliyyat təhlükəsizliyi siyasətində Azərbaycana həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi böyük əhəmiyyət verilməsi ölkəmizin geosiyasi dəyərini artıran mühüm amillərdən biridir. Eləcə də bu amil dünya iqtisadiyyatının mərkəzlərindən biri olan Çinin Azərbaycanın apardığı transmilli nəqliyyat siyasətini dəstəkləməsində özünü göstərir. Rəsmi Pekin Şərq-Qərb nəqliyyat dəhlizinin Avrasiyadan Çinə qədər olan hissəsinə aid layihələrə xüsusi diqqət yetirir. Çin hətta BTQ dəmiryolu layihəsinə böyük maraq göstərib və onun maliyyələşdirilməsində iştirak etməyə hazır olduğunu bildirib. Hazırda Azərbaycanın Şərq-Qərb nəqliyyat-kommunikasiya sistemində mövqeyi getdikcə güclənir və onun tranzit imkanları artdıqca iqtisadi güc mərkəzləri (Avropa İttifaqı, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və s.) ilə strateji tərəfdaşlığı daha da möhkəmlənir.

Bütün bunlar bir daha göstərir ki, BTQ dəmir yolunun istifadəyə verilməsi ölkələrarası nəqliyyat əlaqələrini daha da gücləndirəcək, beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin olunması üçün geniş geoiqtisadi imkanlar yaranacaqdır. Şübhəsiz, bu transmilli nəqliyyat marşrutu müasir dövrdə regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında özünəməxsus yer tutacaqdır".

"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
2021-ci il İslam Həmrəylik Oyunları təxirə salına bilər
2021-ci il İslam Həmrəylik Oyunları təxirə salına bilər
Loading Bars
Xəbər lenti
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udin dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Azərbaycanda 3,6 bal gücündə zəlzələ olub
İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden
Kolumbiyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı
Britaniyada koronavirusa daha 2 596 nəfər yoluxub
Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil - Baş nazir
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq təmin edilməyib - ÜST-nin rəhbəri
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb
Raul Kastro vəzifəsindən istefa verib
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
Türkiyədə son sutkada koronavirusdan 56 510 nəfər sağalıb
Rusiya bir sıra ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub
Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycan reallıqlarını parlamentarilər səviyyəsində dünyaya çatdırmaq önəmli məsələdir - Arzu Nağıyev (VİDEO)
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
BMT TŞ Liviyada monitorinq qrupunun yaradılması ilə bağlı qərar qəbul edib
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib (FOTO)
Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb
Gürcüstanda koronavirusa daha 1077 nəfər yoluxub, 8 nəfər ölüb
Azad olunmuş ərazilərdə yaşıllığı bərpa etmək üçün bu ilin əkin planı 2 dəfə artırılıb
Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir
Azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılmasında layihə tapşırığını bu qurum hazırlayacaq - QƏRAR
Azərbaycan təkcə işğalçı orduya deyil, ermənilərin dünyadakı havadarlarına da qalib gəlib - Əli Hüseynli (Videolayihə)
Aİ-nin Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı, etiraz bildirildi
10 noyabr bəyanatı regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir - Matviyenko
“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək (FOTO)
Aİ-nin dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində 6 000 çay və göldə suyun keyfiyyəti yoxlanılıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 163 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib
KOBİA leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edən yeni biznes təşəbbüslərini dəstəkləyir
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
MDU və Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib (FOTO)
Ermənistanda siyasi qüvvələr Qarabağla bağlı sərsəm bəyanat səsləndirməklə xal qazanmaq istəyirlər - Politoloq
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 19 apreldə köçürüləcək
Media nümayəndələri reabilitasiya müəssisəsində qazilərimizə göstərilən xidmətlərlə tanış edilib (FOTO)
Ermənistan Azərbaycanla münasibətlərin inkişafına ehtiyac duyur - Armen Sarkisyan
Sahibə Qafarova rusiyalı həmkarı ilə ikitərəfli əlaqələri müzakirə edib (FOTO)
Merkel "AstraZeneca" vaksini ilə peyvənd olunub
48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib
TV tarixində ilk: Xudafərinin yanından veriliş yayımlanıb (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib (FOTO)
Fermerlərin 92,06 faizinə subsidiya ödənilib
Azərbaycanla Moldova arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Prezident İlham Əliyev: Pirşağıda həmişə yaxşı şanı üzümü var idi – ağ şanı, qara şanı
Tərtər Regional qaz istismarı İdarəsinə yeni rəis təyin olundu
Aİ-nin xüsusi nümayəndəsinin David Babayanla görüşü separatizmin stimullaşdırılmasına xidmət edir
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub (FOTO)
Belarus hər zaman Azərbaycana dost ölkə olub - Deputat
Azərbaycan Beynəlxalq Bankından süni intellekt sahəsində beynəlxalq konfransa dəstək
Aİ ötən il inkişaf məqsədilə ayırdığı rəsmi maliyyə yardımının həcmini 66,8 milyard avroya çatdırıb
Bağçalarda 2 milyonluq yeyinti iddiası barədə AÇIQLAMA
Mərdəkan, Buzovna və Maştağa qəsəbələri də Balaxanı kimi abadlaşacaq
Azərbaycanda 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb
Qarabağ separatçılarının "lideri" ifadəyə çağırıldı
Azərbaycanda məcburi əmək halları xeyli azalıb - Hesabat
Ötən il Azərbaycanda 94 nəfər insan alveri qurbanına çevrilib
Qubadlı rayonunun Məmər kəndi (FOTO/VİDEO)
5 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb (FOTO)
654 nəfər Azərbaycandan deportasiya olunub
Abonentlərin elektrik təchizatına qoşulma prosesi süni intellektlə tənzimlənir - "Azərişıq"
Tərtərdə sıradan çıxmış yanğın su hovuzları bərpa edilir (FOTO)
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq laboratoriyalararası səriştəlilik sınağında yüksək nəticə əldə edib
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında (FOTO)
Bakıda 17 evdən oğurluq edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)
Azercell Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq (FOTO)
Bakı Dialoqları Jurnalının növbəti sayı nəşr edilib
“Yaşıl Marafon” layihəsi üzrə ağacəkmə aksiyaları uğurla davam edir (FOTO)
Azərbaycanda tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilib
"Azərişıq" əhaliyə göstərdiyi 19 xidməti elektronlaşdırıb
"Azərişıq" yeni elektron xidmət istifadəyə verib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sələfinin səhvlərindən dərs çıxarmır - Separatizm və terror alovlandırılır
Baş Prokurorluq KİV-də yayılan məlumatla bağlı təkzib verdi
1540-dan çox şəxsə ikinci doza vaksin vurulub - Poliklinika
Putinlə Lukaşenko Moskvada görüşəcək
İƏT-lə statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
“Azərtütün Aqrar Sənaye Kompleksi” özəlləşdirilir - Sərəncam
Azərbaycanda koronavirusa qarşı peyvənd istehsalı nəzərdən keçirilir
Ermənistanın Gəncəyə raket atəşi zamanı çəkilən foto Türkiyədə ilin media fotosu seçildi (VİDEO)
Tərtərdə Ermənistanın raket və artileriya atəşi nəticəsində dağılmış yollar bərpa olunur (FOTO)
Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanır (FOTO)
Bütün xəbərlər