...

Bakıda Siyasi Psixologiya Mərkəzinin internet saytının təqdimatı keçirilib (FOTO)

Siyasət Materials 3 Noyabr 2017 20:44 (UTC +04:00)
Bu gün Bakıda Siyasi Psixologiya Mərkəzində mərkəzin internet saytının (www.cppglobal.org) təqdimat mərasimi keçirilib.
Bakıda Siyasi Psixologiya Mərkəzinin internet saytının təqdimatı keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda Siyasi Psixologiya Mərkəzində mərkəzin internet saytının (www.cppglobal.org) təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimində həmçinin Siyasi Psixologiya Mərkəzinin fəaliyyəti və layihələri haqqında tədbir iştirakçılarına geniş məlumat verilib. Tədbirdə Milli Məclisin deputatları, Moskva Dövlət Universitetinin Bakı filialının professor və müəllimləri və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Siyasi Psixologiya Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Mərkəzin həyata keçirdiyi layihələr, Azərbaycanda psixologiyanın inkişafı haqqında danışıb. S.Seyidov bildirib ki, Mərkəz indiyə qədər bir sıra uğurlu layihələr icra edib. O qeyd edib ki, Mərkəzin ən böyük layihələrindən biri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən yeddi minə qədər könüllünün psixoloji yoxlamadan keçirilməsi olub.

S.Seyidov bildirib ki, Mərkəz bir sıra dövlət qrumları ilə səmərəli əməkdaşlıq edir və birgə layihələr həyata keçirir.

Daha sonra psixoloqlar Zaur Əfəndiyev, Yuliya Bayramova, Ayan İsmaylova Mərkəzin həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, Mərkəzin nəznində Siyasi psixologiya məktəbinə start verilib. Məktəbdə müxtəlif mühazirələr söyləniləcək, müzakirələr aparılacaq.

Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Sahibə Qafarova, Asim Mollazadə və digər iştirakçılar Azərbaycanda psixologiya elminin inkişafı, psixologiyanın nəzəriyyədən praktikaya keçidinin vacibliyi haqqında danışıblar. Qeyd olunub ki, belə bir mərkəzin açılması Azərbaycanda psixologiyanın inkişafına mühüm təsir göstərəck. Bildirilib ki, Azərbaycanda bu cür mərkəzlərin fəaliyyət göstərməsinə böyük ehtiyac var və bu mərkəz bu istiqamətdə bir nümunə ola bilər.

Tədbirdə həmçinin Mərkəzin internet səhifəsi haqqında video rolik nümayiş etdirilib və saytdan istifadə qaydaları izah olunub.

Xəbər lenti

Xəbər lenti