...

Azərbaycan nümayəndə heyətinin rəhbəri: "Avronest" PA Bürosunun dövlət başçılarına müraciətində işğal olunmuş torpaqlarla bağlı bir yanaşma var

Siyasət Materials 4 Noyabr 2017 15:18
Avropa Parlamentinin və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna parlamentlərinin nümayəndə heyəti rəhbərlərindən ibarət “Avronest” Parlament Assambleyası Bürosunun “Şərq tərəfdaşlığı” sammitində iştirak edəcək dövlət və hökumət başçılarına etdiyi müraciətdə işğal olunmuş torpaqlarla bağlı bir yanaşma var.
Azərbaycan nümayəndə heyətinin rəhbəri: "Avronest" PA Bürosunun dövlət başçılarına müraciətində işğal olunmuş torpaqlarla bağlı bir yanaşma var

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Avropa Parlamentinin və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna parlamentlərinin nümayəndə heyəti rəhbərlərindən ibarət “Avronest” Parlament Assambleyası (PA) Bürosunun “Şərq tərəfdaşlığı” sammitində iştirak edəcək dövlət və hökumət başçılarına etdiyi müraciətdə işğal olunmuş torpaqlarla bağlı bir yanaşma var.

Bunu Trend-ə Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov deyib.

Brüsseldə “Şərq tərəfdaşlığı” sammitinin noyabrın 24-də keçiriləcəyini xatırladan F.Muradovun sözlərinə görə, belə sammitdən əvvəl hər bir beynəlxalq Avropa qurumu bununla bağlı iştirakçı dövlət və hökumət başçılarına müraciət göndərir:

"“Bu müraciət bir çox məsələləri özündə ehtiva edir. Burada işğal olunmuş torpaqlarla bağlı, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir yanaşma var. Müraciətdə hər bir ölkənin işğal olunmuş ərazilərində sülhün bərqərar olunması məsələsi qeyd edilib”.

Qeyd edək ki, Avropa Parlamentinin və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna parlamentlərinin nümayəndə heyəti rəhbərlərindən ibarət “Avronest” Parlament Assambleyası Bürosu noyabrın 24-də Brüsseldə “Şərq tərəfdaşlığı” sammitində iştirak edəcək dövlət və hökumət başçılarına müraciət yayımlayıb.

Müraciətdə bildirilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil.

F.Muradov Ukraynanın paytaxtı Kiyev şəhərində Avronest PA-nın siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin oktyabr ayındakı son iclasında çıxışı zamanı beynəlxalq birliyi Ermənistanın işğalçılıq siyasətinə qarşı təzyiqi artırmağa çağırmışdı.

O bildirmişdi ki, münaqişənin sülh yolu ilə həllində irəliləyiş olan kimi Ermənistan hakimiyyəti təxribatlara əl atır. Bu isə münaqişənin sülh yolu ilə həllinə mənfi təsir edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti