...

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək lazımdır (YENİLƏNİB)

Siyasət Materials 15 Noyabr 2017 14:02 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək lazımdır.
Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək lazımdır (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək lazımdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda braziliyalı həmkarı Aloyzio Nunyes Ferreyra ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı və onun Moskvada ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı müzakirə olunacaq:

"Sergey Lavrovun Bakıya səfəri zamanı müzakirə olunacaq məsələlər danışıqlar masasındadır. Azərbaycanın mövqeyi dəfələrlə səsləndirilib. Biz istəyirik ki, danışıqlar sadəcə danışıqlar xatirinə aparılmasın".

E.Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsini həll etməyin vaxtı çatıb: "Münaqişənin nizamlanması üzrə danışıqlar nəticə etibarilə səmərəli olmalıdır. Məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalı və regionda sülh təmin olunmalıdır".

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin mümkün üçtərəfli görüşünə gəlincə, nazir bununla bağlı sabah bəyanat verəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti