Bakı. Ləman Zeynalova - Trend:
Avropa İttifaqının (Aİ) məqsədi "Şərq tərəfdaşlığı"nın hər bir üzvü, o cümlədən Azərbaycan üçün sərfəli bəyannamənin qəbuluna nail olmaqdır.
Trend-in məlumatına görə, bunu noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinə həsr olunan videokonfrans zamanı Aİ-nin nümayəndəsi deyib.
Onun sözlərinə görə, hazırda bəyannamənin mətni müzakirə olunur.