...

Efiopiyanın Azərbaycana fəxri konsulu təyin olunub

Siyasət Materials 28 Noyabr 2017 14:35 (UTC +04:00)
Ələkbərov Ceyhun Vəkil oğlu Efiopiya Federal Demokratik Respublikasının Azərbaycana Fəxri Konsulu təyin olunub.
Efiopiyanın Azərbaycana fəxri konsulu təyin olunub

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Efiopiyanın Azərbaycana təyin olunmuş fəxri konsulu Ələkbərov Ceyhun Vəkil oğlunu qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş əsnasında C.Ələkbərov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini səfir P.Mirzəzadəyə təqdim edib. C.Ələkbərov fəxri konsul kimi fəaliyyəti müddətində Efiopiya ilə Azərbaycan arasında dostluğun, mədəni və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Səfir xarici işlər naziri Elmar Məmmədyarovun bu ilin 8-10 noyabr tarixlərində Efiopiyada rəsmi səfərdə olduğunu və bu ölkənin rəsmi dairələri ilə məhsuldar görüşlər keçirdiyini xatırladaraq iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Dövlət Protokolu İdarəsinin rəisi səfir P.Mirzəzadə fəxri konsul Ceyhun Ələkbərova gələcək fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti