...

Azərbaycanda əcnəbilərin qeydiyyat qaydaları dəyişdirildi

Siyasət Materials 1 Dekabr 2017 13:18 (UTC +04:00)
Azərbaycanda əcnəbinin qeydiyyata alınma proseduru sadələşdirilib.
Azərbaycanda əcnəbilərin qeydiyyat qaydaları dəyişdirildi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda əcnəbinin qeydiyyata alınma proseduru sadələşdirilib.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Miqrasiya Məcəlləsinin 21-ci dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmayacaq.

Miqrasiya Məcəlləsinə müvafiq olaraq, Azərbaycanda 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.

Mövcud dəyişikliyə əsasən isə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin sahibinə məxsus digər yaşayış sahəsində müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmayacaq.

Hazırkı dəyişikliyin məqsədi əcnəbinin Azərbaycanda qeydiyyata alınma prosedurunun sadələşdirilməsindən və turizmin inkişafından ibarətdir.

Qanun layihəsi Milli Məclisin plenar iclasında səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti