...

Bahar Muradova: Azərbaycan qanunlarında hüquqların bərabərliyi əsas götürülüb

Siyasət Materials 8 Dekabr 2017 10:13 (UTC +04:00)
Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları müəyyən istisnalarla ölkə vətəndaşlarının hüquqları kimi qorunur və bu hüquqlar qanunla müəyyən edilir.
Bahar Muradova: Azərbaycan qanunlarında hüquqların bərabərliyi əsas götürülüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları müəyyən istisnalarla ölkə vətəndaşlarının hüquqları kimi qorunur və bu hüquqlar qanunla müəyyən edilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan "Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda qəbul olunan qanunlarda hüquqların bərabərliyi əsas götürülüb: "Ölkədə dini etiqad azadlığı qorunur".

B.Muradova qeyd edib ki, ictimai-siyasi sifarişləri nəzərə almaqla qanunlarda dəyişikliklər edilir.

O deyib ki, 15 il ərzində Azərbaycanda Ombudsman İnstitutu özünü möhkəmlədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti