...

Azərbaycan Prezidenti: Cocuq Mərcanlının inkişafı bizim əyilməz ruhumuzun rəmzidir

Siyasət Materials 1 Yanvar 2018 00:45 (UTC +04:00)
Cocuq Mərcanlının inkişafı bizim əyilməz ruhumuzun rəmzidir.
Azərbaycan Prezidenti: Cocuq Mərcanlının inkişafı bizim əyilməz ruhumuzun rəmzidir

Bakı. Trend:

Cocuq Mərcanlının inkişafı bizim əyilməz ruhumuzun rəmzidir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

İlham Əliyev vurğulayıb ki, bu il Cocuq Mərcanlı kəndinə uzun fasilədən sonra həyat qayıtdı: "Cocuq Mərcanlının inkişafı bizim əyilməz ruhumuzun rəmzidir. Uzun illər o kəndin sakinləri başqa yerlərdə yaşamışlar. Ancaq Azərbaycan dövləti orada qəsəbə salandan sonra onlar öz doğma torpağına qayıtmışlar. Cocuq Mərcanlının bərpası bizim qürur mənbəyimizdir. Bu gün orada 150 evdən ibarət gözəl qəsəbə salınıb, məktəb, tibb məntəqəsi, uşaq bağçası və Şuşa məscidinin – vəhşi qonşular tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib".

Dövlət başçısı əlavə edib: "Qeyd etməliyəm ki, bu il məcburi köçkünlərin problemlərinin həlli işində digər çox önəmli və deyə bilərəm ki, tarixi hadisə baş vermişdir. Vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində 1170 ailə üçün tikilmiş şəhərcik açılmışdır. Bu önəmli hadisə bir tərəfdən onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Digər tərəfdən, onu göstərir ki, işğaldan azad edilmiş torpaqlarda Azərbaycan yeni həyat qurur, yeni ictimai binalar, yaşayış binaları salınır və minlərlə köçkün bu torpaqlara qayıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti