...

"Stratfor" analitiki “Şimal-Cənub” dəhlizinin regionda geosiyasi tarazlığa təsiri barədə: Əhəmiyyətli təsir göstərəcək

Siyasət Materials 10 Yanvar 2018 19:25 (UTC +04:00)
Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı birləşdirəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi regionda geosiyasi tarazlaşdırmaya əhəmiyyətli təsir göstərəcək
"Stratfor" analitiki “Şimal-Cənub” dəhlizinin regionda geosiyasi tarazlığa təsiri barədə: Əhəmiyyətli təsir göstərəcək

Bakı. Azad Həsənli - Trend:

Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı birləşdirəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi regionda geosiyasi tarazlığa əhəmiyyətli təsir göstərəcək.

Trend-in məlumatına görə, bunu “Azernews”a müsahibəsində “Stratfor” kəşfiyyat-analitika şirkətinin böyük analitiki Yevgeni Çausovski deyib.

O qeyd edib ki, dəhlizin işə başlaması ilə tranzit müddəti və məhsulların qiyməti azala bilər: “Layihə həmçinin bu marşruta daxil olan ölkələr, xüsusilə də Rusiya və İran arasında əlaqələrin güclənməsinə xidmət edəcək”.

Hazırda Hindistandan Rusiyaya yüklərin çatdırılması üçün 40 gündən çox müddət tələb olunur. “Şimal-Cənub” dəhlizi bu müddəti 25 günə salmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti