...

ATƏT PA-nın prezidenti Azərbaycana səfər edəcək (YENİLƏNİB)

Siyasət Materials 26 Yanvar 2018 12:23 (UTC +04:00)
Georgi Sereteli Azərbaycana səfər edəcək.
ATƏT PA-nın prezidenti Azərbaycana səfər edəcək (YENİLƏNİB)

Bakı. Nigar Quliyeva - Trend:

ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli bu il Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu ATƏT PA-nın prezidenti G.Sereteli təşkilatın Daimi Şurasının Vyanada keçirilən iclasında deyib.

Səfər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.

G.Tseretelini səfər zamanı ATƏT PA-nın Beynəlxalq Katibliyi müşayiət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti