...

Azərbaycan Prezidenti: Son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verdi

Siyasət Materials 29 Yanvar 2018 19:16 (UTC +04:00)
Son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verdi.
Azərbaycan Prezidenti: Son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verdi.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, “ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi:

“Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilmişdir və “ASAN xidmət” mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır. Rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə, o cümlədən sistem xarakterli tədbirlər sahəsində aparılır. Deyə bilərəm ki, institusional tədbirlər ən səmərəli tədbirlərdir. Əlbəttə ki, cəza tədbirləri də tətbiq olunub, olunur, onların da əhəmiyyəti var”.

İlham Əliyev əlavə edib ki, ancaq institusional tədbirlər, rüşvətxorluq, korrupsiya üçün, necə deyərlər, meydançanın daralması istiqamətində atılan addımlar ən səmərəli addımlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti