...

ATƏT PA prezidentinin Bakı səfərinin VAXTI açıqlandı

Siyasət Materials 6 Fevral 2018 14:24 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının prezidenti Georgi Sereteli bu ilin martında Azərbaycana səfər edəcək
ATƏT PA prezidentinin Bakı səfərinin VAXTI açıqlandı

Bakı. Nigar Quliyeva - Trend:

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Sereteli bu ilin martında Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu ATƏT PA-nın mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, ATƏT PA prezidenti martın 12-13-də Azərbaycana rəsmi səfər edəcək və Bakıda keçiriləcək İpək Yolu Konfransına qatılacaq.

Qeyd edək ki, daha öncə G.Sereteli səfər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağını demişdi.

G.Seretelini səfər zamanı ATƏT PA-nın Beynəlxalq Katibliyinin müşayiət edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti