Azərbaycandakı dini konfessiya rəhbərləri dindarları İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyə çağırırlar

Azərbaycandakı dini konfessiya rəhbərləri dindarları İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyə çağırırlar

Bakı. Trend:

Azərbaycandakı dini konfessiya rəhbərlərinin müraciəti qəbul olunub.

Trend-ə daxil olan müraciətdə qeyd olunur: "Biz, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dindarları - müsəlman, pravoslav, katolik, yəhudi, alban-udi və digər dini icma nümayəndələri, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə — Prezident seçkiləri ilə əlaqədar bir araya gələrək, aşağıdakıları bəyan etməyi öz vətəndaş borcumuz hesab edirik.

O Bir Olan Yaradan qarşısında məsuliyyət hissi ilə bildiririk ki, Vətənimizdə son illər ərzində həyatın bütün sahələrində baş verən tərəqqi - iqtisadiyyatımızın güclənməsi, daxili və xarici siyasətdəki uğurlar, insanların rifah halının yüksəlməsi, hərbi müdafiə qabiliyyətimizin artması ilə yanaşı dini-mənəvi həyatı ehtiva edən dəyərli dəyişikliklər hər bir dindarın rəğbətinə səbəb olan məqamlardır. Bakı-Tbilisi-Qars dəmiryolu xətti, TANAP qaz kəməri, Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizi kimi regional əhəmiyyətli iqtisadi layihələrin fonunda Allah Evlərinin, ibadət məkanlarının nəfis şəkildə inşa və böyük məhəbbətlə bərpa olunan binaları, dindarların maddi-mənəvi tələbatlarına qayğı, milli-dini və ümumbəşəri dəyərlərə yüksək ehtiram ölkəmizin nüfuz və qüdrətinin təzahürləridir. Vətənimiz Azərbaycan beynəlxalq müstəvidə həm də mədəniyyətləri, dinləri bir araya gətirən, mənəvi-humanitar məqsədlər ətrafında cəm edən qabaqcıl bir ölkə kimi tanınır. Uca Allaha xoş gedən multikultural həyat tərzini yaşadan və təbliğ edən cəmiyyətimizin və onun liderinin O Bir Olan Yaradanımızın Nəzərində dəyəri yüksəkdir. Hər bir mömin vətəndaş ölkəmizin həyatında bütün bu nailiyyətləri şükranlıqla qarşılayaraq, bunu Uca Yaradanın Lütfü sayəsində dövlət rəhbərinin həyata keçirdiyi uğurlu siyasətin bəhrəsi kimi dəyərləndirir. Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttinin davamçısı İlham Əliyev həzrətlərinin misilsiz əzm və səyləri sayəsində Azərbaycan xalqı müstəqilliyimizin əbədi və dönməzliyinə əmindir.

Azərbaycan siyasətinin avanqardında yer alan Yeni Azərbaycan Partiyası qarşıdan gələn Prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini irəli sürmüşdür. Bu namizəd, əslində, bütün xalqın namizədidir. Azərbaycan dindarlarının ümumi mövqeyi Prezident seçkilərində məhz İlham Əliyevin ən layiqli namizəd olmasından ibarətdir. Siyasi, iqtisadi, mənəvi böhranlarla üz-üzə qalan dünyada sabitlik, rifah və dini-mənəvi stabillik məkanı olan ölkəmizin uğurları həqiqətən böyük dəyər kəsb edir. Biz, Azərbaycan dindarları, dini icma rəhbərləri müstəqil Azərbaycanda uğurlu din-dövlət siyasətinin bəhrəsi olan tolerant, multikultural, hüquqi-demokratik cəmiyyəti dünyanın istənilən nöqtəsində qürur hissi ilə təmsil etməkdən məmnunluq duyuruq. Azərbaycanın dünyada mədəniyyətlər və dinlərarası dialoqun mühüm mərkəzlərindən biri kimi tanınması və qəbul olunması dövlət başçımızın ardıcıl məntiqlə davamlı şəkildə həyata keçirdiyi dövlət siyasətinin real bəhrəsidir. Sivilizasiyaların, mədəniyyətlərin dialoq və əməkdaşlığına dair 2008-ci ildə Bakı prosesinin əsasının qoyulması, 2016-cı ilin Multikulturalizm, 2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsi Azərbaycanın dövlət rəhbərinin siyasi iradə və humanist təfəkkürünün bariz nümunəsidir. Tərəqqipərvər dünya ictimaiyyəti bu istiqamətdə səyləri layiqincə qiymətləndirir, Azərbaycan xalqı isə buna görə öz liderinə minnətdardır.

Biz, Azərbaycan dindarları, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın rifahının artırılması yönündə böyük işlər görən, dünyada miqrant böhranı yaşandığı dönəmdə məcburi köçkün soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışı üçün misilsiz səylər göstərən, Cocuq Mərcanlı məscidi ilə işğaldan azad olunmuş torpaqlarımıza Böyük qayıdışın mənəvi təməlini qoyan liderimizin olmasını yüksək dəyərləndirir, Azərbaycanın dövlət başçısı məqamında O Bir Olan Yaradana xoş gələn əməllər sahibinin olmasını səmimi qəlbdən diləyirik. Biz dünyəvi dövlət şəraitində dini-mənəvi dəyərlərin intibahı üçün atılan addımların, göstərilən misilsiz səylərin qarşısında yalnız və yalnız bu uğurlu xəttin davam və inkişafını dəstəkləyirik.

Biz, unikal dostluq, dinlərarası və məzhəblərarası qardaşlıq şəraitində yaşayan Azərbaycan dindarları, dövlətin diqqət və himayəsindən yararlandığımız, məscidlər, kilsə, sinaqoq və digər mənəvi məkanlarımızın dövlətin maddi, mənəvi yardımıyla təmir, bərpa olunduğu ölkəmizdə dini-mənəvi intibahın davamını istəyirik. Biz, dindarlar hər zaman şükranlıqla dualar edirik ki, Vətənimizin taleyinə müdrik, mənəvi dəyərlərə önəm verən, bizlərə həyatın bütün sahələrində olduğu kimi, dini-mənəvi sahədə də fəxarət doguran anlar yaşadan dövlət başçısı qismət olmuşdur. Zati-aliləri İlham Əliyevə verilən ən böyük dəyər Azərbaycan xalqının məhəbbət və etimadıdır.

Azərbaycan Respublikasında 11 aprel tarixli Prezident seçkiləri, heç şübhəsiz ki, xalqımızın həyatında mühüm siyasi hadisə olmaqla, hər bir dindar üçün də taleyüklü, önəmli məqamdır. Biz bütün Azərbaycan dindarlarını uca mənəviyyat yolunun davamına – Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq.

Qoy Uca Yaradan öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!"

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Roma Katolik kilsəsinin yepiskopu Vladimir Fekete və Azərbaycandakı Alban-udi xristian icmasının sədri Robert Mobili imzalayıblar.

Bakıda heroin alverçisi yaxalandı (FOTO/VİDEO)
Bakıda heroin alverçisi yaxalandı (FOTO/VİDEO)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
40 yaşlı kişi özünü evində turnikdən asıb öldürdü
40 yaşlı kişi özünü evində turnikdən asıb öldürdü
Loading Bars
Xəbər lenti
Səhiyyə sisteminin transformasiyası proqramı hazırlanır - TƏBİB
Mayın 18-nə USD/AZN rəsmi məzənnəsi
Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başladı
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb (FOTO/VİDEO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya rəsmi səfərə gedib
Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb - Nazir
Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün müraciətlər bu tarixdən aktivləşir
AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq etdi
2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib - Ədliyyə naziri
277 nəfər buraxılış imtahanına gəlməyib - DİM
Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı açıqlama yayıb
Müslüm Maqomayevin tuncdan heykəli bir aya hazır olacaq - Trend TV-nin REPORTAJI
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
DİM buraxılış imtahanlarının nəticələrini elan etdi
Azərbaycanda 426 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib
Bakıda ilk dərs günündə məktəblərdə davamiyyət 80 faiz təşkil edib - BŞTİ
Bakıda heroin alverçisi yaxalandı (FOTO/VİDEO)
18 yaşdan yuxarı 300-ə yaxın şəxsə peyvənd vurulub
Azərbaycan ordusunun genişmiqyaslı təlimləri revanşist qüvvələrə mesaj olacaq - Ekspert
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur - Lavrov
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
ÜGT-nin Avropa regionunda “köklü dəyişmə yaradan texnologiyalar” mövzusunda seminarı keçirilir (FOTO)
Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını nəşr edib
AXC-Müsavat cütlüyünün xəyanəti ermənilərin torpaqlarımızı işğal etməsini asanlaşdırdı - Deputat
“Nar” komandası “Breyn Rinq” yarışının yarımfinalına çıxdı
Qəzzadan İsrailə atılan raket yaşayış binasına düşüb - Yaralılar var
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
Yığmamız dünya birinciliyinə qatılacaq
Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur
DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verdi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
40 yaşlı kişi özünü evində turnikdən asıb öldürdü
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıya gəlib (FOTO)
Maştağada toy yarımçıq dayandırıldı, 40 nəfər cərimələndi (FOTO/VİDEO)
Əkinlərini düzgün bəyan etməyən fermerlər subsidiyadan məhrum olunacaq - Nazirlik
TAC MMC əməkdaşları iş yerlərində vaksinasiya olunub
Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası
Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir - Rauf Əliyev
Avropa bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üçün iki kredit tranşı ayırıb
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib
Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov
İranda koronavirusdan ölənlərin sayı 77 mini ötüb
Sabahdan Azərbaycanda "Sputnik V” vaksinindən istifadə başlanılacaq
TAP vasitəsilə hidrogen tədarükü üzrə investisiya təklifi təqdim olunub
Lüksemburq rəsmiləri erməni lobbisinin təsiri altındadır - Naqif Həmzəyev
Sabahın hava proqnozu açıqlanıb
“Xarıbülbül” festivalı Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya nümayiş etdirdi
"SOCAR Energy Ukraine" premium yanacağın satışını bərpa edib
Azərbaycanda yüksək maaş verilən sahələr açıqlandı
Azərbaycanda 13 mindən çox müəllim iş yerini dəyişmək istəyir
Sabah güclü külək əsəcək
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur (VİDEO)
Ağdamın Çıraqlı kəndində ermənilərin dağıtdığı elektrik təsərrüfatı yenidən qurulub (VİDEO)
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi konfransların qalibləri müəyyənləşib (FOTO)
FHN yanğınla bağlı əhaliyə müraciət edib (VİDEO)
SOCAR-ın Kulevi terminalında daha bir çən tikilir
Kaspersky: Azərbaycandakı kompyuterlərin 42%-də hələ də Windows 7 istifadə olunur
Toyların keçirilməsi hansı halda mümkün ola bilər? - Komitə sədri açıqladı
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur (FOTO)
Bakıdakı məhşur restoran nöqsanlara görə bağlandı
SOCAR-ın Gürcüstandakı neft terminalından bitum məhsulları yola salınacaq
İrandan Azərbaycana narkotik keçirmək istəyən 5 nəfər saxlanılıb (FOTO)
Son 4 ayda 9 mindən çox piyada cərimələnib
Ali məktəblərdə yaz imtahan sessiyası distant keçiriləcək
"Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq - Avropa Komissiyası
Xəzərdə qazma qurğusunun modernləşdirilməsi başa çatıb
3 ayda baş verən yol qəzalarında 125 nəfər ölüb - BDYPİ
Gəncə qatarı Bakı-Sumqayıt xəttinə əlavə edilib
2030-cu ilə qədər piyada zonaları genişləndiriləcək - Yeni layihə hazırlanıb
Bakıda marşrut avtobuslarının 50 faizi yenilənib - Agentlik sədri
ADU-da "Azərbaycan və Çin gəncləri: dünən, bu gün, sabah" adlı seminar keçirilib
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
Tərtərdə qadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Qəbələnin Nic qəsəbəsində yeni məktəb binasının tikintisinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Azərbaycan Prezidenti: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
Astarada apteki qarət edən şəxs saxlanılıb
Ötən həftə 140 hektara yaxın ərazi minalardan təmizlənib
Azərbaycanda 250 kilometr uzunluğunda velosiped yolu çəkiləcək
Bərpa olunan enerji mənbələrindən istifadədə dövlətin vəzifələri müəyyənləşib
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə telefonla zəng edib
Bərpa olunan enerji üzrə qiymətlər bu qaydalarla müəyyənləşdiriləcək
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur (VİDEO)
Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısında dəyişiklik edilib
SOCAR bu tarixdən yeni istiqrazlar buraxır
AzTV-dən maliyyə yoxlaması barədə açıqlama
DSX əməkdaşlarının öldürülməsilə bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olundu
Azərbaycan İtaliyaya yeni məhsul ixracına başlayıb
İki xəstəxanada kobud pozuntular aşkarlanıb - Sənədlər prokurorluğa göndərilib
İranda güclü zəlzələ olub, yaralılar var
Bu marşrutda gediş haqqı ucuzlaşdırıldı
Salyanda 5 kəndin yolu yenidən qurulur (FOTO)
Mayın 17-də xarici valyutaların manata qarşı məzənnələri
Hipertoniyadan əziyyət çəkənlərin yarısının öz xəstəliyindən xəbəri yoxdur - SN
Şəkidə ağır yol qəzası, ölən var
Şagirdlər uzun fasilədən sonra yenidən məktəbə yollanıb (FOTO)
Şuşa dirçəlir: Çoxtərəfli turizm potensialı şəhərin şöhrətini daha da artıracaq
Bütün xəbərlər