Bakı. Trend:
Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita martın 5-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nazir Nasser Bouritanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra Azərbaycan və Mərakeş kökumətləri arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclası keçiriləcək.
Səfər əsnasında Azərbaycan və Mərakeş xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.